top
Bakının qədim Buzovna qəsəbəsi
30 iyun 2022, 13:00
- +

Bakının qədim Buzovna qəsəbəsi

 Buzovna qəsəbəsi Bakı şəhəri, Xəzər rayonu ərazisində, Abşeron yarımadasının şimal sahilində yerləşir.

Buzovna toponiminin dəqiq elmi izahı müəyyənləşdirilməyib. Bəziləri, burada məskunlaşan insanların, əsasən, maldarlıqla məşğul olmasına görə qəsəbənin adını “buzov” sözü ilə bağlayırlar. Başqa versiyaya görə, bu ad qədim türk tayfaları olan Bozoklarla (Bozoğuzlarla) bağlıdır. Alim T.Q.Səlimov - Şağaninin fikrinə əsasən, bu toponim tat dilindən “puz” - çıxıntı, burun, “ov” - su və “na” şəkilçisindən əmələ gəlib, “suya girən burun” mənasını verir. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

 Buzovna yeddi məhəllədən ibarət idi: Nəzranı, Pir, Daşta, Tavalıq, Xan, Dəniz, Aşağı məhəllə. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013]

XIX əsrin rus səyyahı Berezin qəsəbənin adını “Buzonya” və “Buzoqna” kimi də qeyd edir. Tarixçi Sara Aşurbəyli isə qəsəbədə qırmızı gil kuzələr olan böyük təndirlər formasında qədim məzarların mövcudluğundan məlumat verir. Tədqiqatçıya əsasən, bu dəfn adəti nə islam, nə də xristianlıq adətləri ilə uyğun gəlmir və daha erkən dövrlərə aiddir. [Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Том I. Казань-1849] [Ашурбейли С. История города Баку. Баку-1992]

 Buzovna öz çimərliyi, sanatoriyası və tarixi abidələri ilə tanınır. Burada Qara paltar piri (XVII əsr), Qasım Şeyx Cavad, Seyyid Gülşan pirləri, Yuxarı məscid (XVI əsr), Sahib-əl Zaman məscidi (XVII əsr), imam Hüseyn məscidi (XVII əsr), Cümə məscidi (XIX əsr) kimi tarixi abidələr yerləşir. Kənddə mövcud olmuş Alban kilsəsi və Buzovna qalası sovet hakimiyyəti illərində dağıdılmışdır. [https://ann.az/az/buzovna-ehalisinin-inanclari-sabah-qoyulacaq/]

 

Berezin Buzovnada sarayla birlikdə xan bağının mövcudluğundan məlumat vermişdir. Memar Ş.S.Fətullayevin araşdırmalarına görə, bu bağ XVIII əsr Bakı xanlarından olan Abbasqulu ağa Bakıxanovun ulu babası Mirzə Məhəmməd xana məxsus idi. [Фатуллаев-Фигаров Ш.С. Зодчество Апшерона. Баку-2013]

 “Yeddi oğul istərəm”, “Torpaq, dəniz, od, səma”, “Yuxu”, “Təhminə” kimi filmlər Buzovnada lentə alınıb.

1893-cü ilin statistik məlumatlarına görə, Buzovnada 2,1 min sakin yaşayırdı. 1960-cı ilin məlumatına əsasən, əhalinin sayı 9 min nəfər olub. 2021-ci ildə Buzovna əhalisi 31,8 min nəfər təşkil edirdi.

[Свод статистических данных о населении Закавказского края. Тифлис-1893]

[Баку за 40 лет в цифрах. Баку-1960]

[https://www.stat.gov.az/]

[URIS id=50515]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər