top
Bakının qədim Bilgəh qəsəbəsi
27 yanvar 2022, 15:00
- +

Bakının qədim Bilgəh qəsəbəsi

Bilgəh qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində, Xəzər dənizinin sahilində yerləşir.

Qəsəbənin adı haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi izahlara görə, Bilgəh tat dilində “bil”- “bataqlıq, qamışlıq” və “gəh” isə “yer” mənasında olub “qamışlı yer” deməkdir. Ehtimal edilir ki, Bilgəh kəndi keçmişdə Amburan burnunda yerləşirdi. Bu burun indi də Köhnə Bilgəh adlanır.

Köhnə kəndin ərazisi bataqlıq, qamışlıq olduğuna görə, əhali XIX əsrin əvvəllərində indiki yerə köçüb, məskunlaşıb və yeni məntəqəyə də Bilgəh adı verilib. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007]

Başqa mənbələrə görə, Bilgəh sözünün mənası “Piləgah” sözü ilə bağlıdır, mənası “ipək hazırlanan yer” anlamına gəlir. Bu fikrə əsasən, yerli camaat keçmişdə ipəkçiliyi inkişaf etdirmək üçün tut bağları salmış və baramaçılıqla məşğul olmuşdur. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

Üçüncü versiya kimi kəndin adının VIII əsrə aid Bilgə xaqanının adından götürüldüyü bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə xanın nəslindən olan şəxslər bu kəndin əsasını qoyublar. [Fərrux Zeynalov. Bilgəh. Səfalı yurdun layiqli ovladları. Bakı-2003]

Qəsəbənin yaranma tarixini tədqiq edən bəzi alimlərin fikrinə əsasən, Bilgəh kəndində keçmişdə liman fəaliyyət göstərib və “Böyük ipək yolu” buradan keçib. Sonrakı dövrlərdə, dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar liman təsərrüfatı: tikililər, qurğular və limanla bağlı iş sahələri sahildə qalıb və nəticədə liman ilkin əhəmiyyətini itirib.

E.ə. III minilliyə aid qaya təsvirləri, XII-XIV əsrlərə aid qala, Əbdül məscidi (XIV əsr), Leyla xanım türbəsi (XIII-XIV əsr), Sadıq məscidi (XVIII əsr), Qum hamamı (XVII-XVIII əsr) və s. abidələr Bilgəhin qədim tarixinin sübutudur.

Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf edib. Kəndin indiki sakinləri isə, əsasən, əkinçilik və gülçülüklə məşğul olurlar. Bilgəhin zəfəran plantasiyasında hər il 100 kq-dan çox məhsul yetişdirilir. Bilgəh zəfəranı Fransa, İspaniya və Portuqaliyanın cənubunda yetişdirilən zəfərandan keyfiyyətli sayılır. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

1893-cü ilin statistik məlumatlarına görə, Bilgəhdə ümumilikdə 938, 1960-cı ildə isə 3 min sakin yaşamışdır. 2000-ci illərin əvvəllərində Bilgəh əhalisinin sayı 7 min nəfər təşkil edirdi, 2021-ci ildə isə bu rəqəm 8.7 min nəfərə çatmışdır. [Свод статистических данных о населении Закавказского края. Тифлис-1893]; 

[Баку за 40 лет в цифрах. Баку-1960];

[https://www.stat.gov.az/]

Bilgəh 1937-ci ildə şəhər tipli qəsəbə statusunu alıb.

[URIS id=31104]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər