top
Bakının ən təhlükəli qoçularından biri xalqın müdafiəçisinə necə çevrildi
20 oktyabr 2022, 19:00
- +

Bakının ən təhlükəli qoçularından biri xalqın müdafiəçisinə necə çevrildi

Maştağa qoçusu Nəcəfqulu məşhur Bakı qoçularından biri idi. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdir. Lakin 1918-ci ildə, Bakıda mövcud olan qarışıqlıqlar zamanı, qoçu xalqın müdafiəsinə qalxdı. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

1918-ci ilin əvvəlindən Bakının mərkəzi küçələrində tez-tez erməni-müsəlman toqquşmaları baş tverirdi. Silahsız müsəlmanların ümidi yalnız imkanlı şəxslərə, bir də qoçu dəstələrinə qalmışdı. Qoçu Nəcəfqulu da bütün qənaətlərini verib, silah-sursat aldırmışdı. O, məhəllədəki oğlanları ətrafına toplayıb, tez-tez məşqlər təşkil edərdi.

Qoçu Nəcəfqulunun rəhbərliyi ilə yaradılmış “Maştağa dəstəsi” Bakı kəndləri və köhnə Bakı küçələrində daşnaklara qarşı əsl müqavimət ocağına çevrilmişdi. “Qoçu Nəcəfqulu” kitabında bu hadisələr əks olunub: “Cəbhə xətti Bazarnıdan keçirdi. Küçənin sağ tərəfi artıq ermənilərin əlində idi. Nəcəfqulunun adamları bircə nəfər düşməni belə küçədən keçməyə qoymurdular…Odur ki, hamıya tapşırılmışdı ki, son gülləyə kimi vuruşsunlar. Güllə qurtaranda isə əks-hücuma keçib xəncərlərini işə salsınlar… tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü də bir neçə güllə yarası almışdı”. [Rzayeva N. Qoçu Nəcəfqulu. Bakı-2008]

Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə silahlı heyətini genişləndirərək “Maştağa qarnizonu” adını alıb və Bakı üzərinə həlledici hücumda iştirak edib. Türk ordusunun generalı Nuru Paşa Qoçu Nəcəfqulunu göstərdiyi igidliyə görə ordenlə təltif edib.

Lakin sovet dövründə Qoçu Nəcəfqulu bolşeviklər tərəfindən bolşevik Əli Bayramovun qətlində ittiham olunmaqla həbs edilib. O, güllələnməyə məhkum edlib və 1920-ci il may ayının 28-dən 29-na keçən gecə Bayıl qazamatının həyətində güllələnib. Bu zaman onun 28 yaşı var idi.

Qoçu Nəcəfqulu Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında yaratdığı qəhrəmanın prototipidir. [Fəxriyyə Sakitqızı. Qoçu Əsgərin prototipi haqda reallıqlar// “Yaddaş” qəzeti. 19 aprel. 2007]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər