top
Bakının Afrika ilə əlaqələrini əks etdirən abidə: Dakar meydanı
10 dekabr 2022, 19:30
- +

Bakının Afrika ilə əlaqələrini əks etdirən abidə: Dakar meydanı

“Dakar meydanı” Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində, “Neftçilər kruqu” kimi tanınan ərazidə yerləşir.

Meydanın mərkəzində qoyulan abidə iki şəhərin - Bakı ilə Seneqalın (Qərbi Afrika) paytaxtı olan Dakarın qardaşlaşmasının simvoludur. Bu dostluğun təməli 1967-ci ildə, Bakının nümayəndə heyəti Dakarda səfərdə olanda qoyulub. 14 iyun 1970-ci idə “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Seneqal Respublikasının paytaxtı Dakar şəhərlərinin qardaşlaşması haqqında” saziş imzalanıb. Dakar Bakı ilə qardaşlaşmış ilk şəhər olub və həmin vaxtdan bu meydan onun adını daşıyır. [Гасымлы М. Д. Азербайджан в международных культурных связях (1946-1990 гг.). Тбилиси-2005]

Meydanın mərkəzində türbəşəkilli abidə yerləşir. Burada sülh və dostluq rəmzi olan göyərçin və görüşən əllər təsvirləri əks olunub. Abidə mozaikalarla bəzədilib. Meydanın şərq tərəfində, Neftçilər metrosunun çıxışında iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (Azərbaycan dilində "Qardaşlaşmış şəhərlər") sözləri yazılmış mozaikalı panno yerləşir. Pannonun müəllifi əməkdar incəsənət xadimi Arif Əzizovdur. [https://report.az/multimedia/neftciler-dairesi-nin-esl-adi-nedir-vi-deoreportaj/] 

O vaxtdan həm Dakarda, həm də Bakıda şəhərlərin əlaqələrini möhkəmləndirmək üçün çoxsaylı tədbirlər keçirilib. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olub və Dakar meydanına baş çəkib. 1988-ci il sentyabrın əvvəlində Bakıda Dakar günləri keçirilib, sərgilər təşkil olunub. [Гасымлы М.Д. Азербайджан в международных культурных связях (1946-1990 гг.). Тбилиси-2005]

[URIS id=82684]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər