İbrahim Allahverdi bəy oğlu Aslanbəyov 10 sentyabr 1822-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub.
O, keçmiş Bakı xanı II Mirzə Məhəmməd tərəfindən Sankt-Peterburqda dənizçilik məktəbinə göndərilib. 15 yaşında oranı bitirən Aslanbəyov “Aleksandr Nevski”, “Prozergin” freqatlarında miçman işləyib. Sonralar o, dənizçilik məktəbinin zabitlər sinfinə daxil olub, 1842-ci ildə oranı bitirdikdən sonra Qara dəniz hərbi nəzarət gəmilərində işləməyə başlayıb.
Aslanbəyov Krım müharibəsi dövründə (1853-1856) desant gəmisinin döyüşən batareyasına komandir təyin olunur. Burada göstərdiyi xidmətlərə görə ona kapitan-leytenant rütbəsi verilir. 1854-cü Sevastopol qarnizonu daxilində döyüşlərdən birində kontuziya alır. [https://sevmuseum.ru/scientific-activity/article/litsa-goroda/avraamiy-bogdanovich-aslanbegov/]
Aslanbəyov dənizçiliyə aid bir sıra əsərlərin müəllifi idi. 1860-cı illərdən başlayaraq admiral İbrahimin “Morskoy sbornik” jurnalında elmi məqalələri dərc olunub. Onun “Admiral P.S.Naximov bioqrafik oçerk”, “Admiral A.S.Qreyq”, “Admiral A.İ.Panfilov” kimi əsərləri var. [Dənizlər aslanı Aslanbəyov. Azadlıq.- 2013.- 6 iyul.- S.14.]
1872-ci ildə I Pyotrun anadan olmasının 200 illiyi münasibətilə böyük bayramda iştirak etmək və imperatorun gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək Aslanbəyova etibar olunmuşdu. O, 1881-ci ildə admiral imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmiş və ona hədiyyə olaraq qılınc verilmişdir. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
1891-1892-ci illərdə Aslanbəyov Sakit Okeanda üzən və Kanada, ABŞ, Havay, Taiti, Yeni Zelandiya, Avstraliya və İndoneziyaya səfər edən üç gəmidən (Afrik, Plastun və Vestnik) ibarət eskadrona rəhbərlik edib. Səyahət zamanı Oxot dənizi, yarımada və Saxalin adaları kəşf edildi. Bundan sonra ona vitse-admiral rütbəsi verildi və Oxot dənizində yarımada və körfəz Aslanbəyovun şərəfinə adlandırıldı. [https://rgotomsk.com/events/200-let-so-dnya-rozhdeniya-a-b-aslanbegova/]
Admiral Aslanbəyov ömrünün 50 ildən çoxunu hərbi dəniz donanmasında xidmətdə keçirmiş və Serbiyanın, Rusiyanın, Yaponiyanın, Havay krallığının bir çox ordenləri ilə təltif olunmuşdur. [Dənizlər aslanı Aslanbəyov. Azadlıq.- 2013.- 6 iyul.- S.14.]
Aslanbəyov 7 (20) dekabr 1900-cü ildə Peterburqda vəfat edib və Moskvadakı Pyatnitskoye qəbiristanlığında dəfn olunub.