top
Bakılı milyonçunun sevdiyi üçün inşa etdirdiyi teatr binası
22 noyabr 2021, 13:20
- +

Bakılı milyonçunun sevdiyi üçün inşa etdirdiyi teatr binası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası Bakıda, Nizami (Torqovaya) küçəsində yerləşir. 1910-cu ildə neft maqnatları Mayılov qardaşlarının sifarişi ilə inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir.

Teatrın tikilmə tarixi ilə bağlı şəhər rəvayəti var. 1910-cu ildə məşhur opera müğənnisi Bakıya gəlir, burada konsertlər verir. Çıxışlarının birində Mayılov qardaşlarından biri müğənniyə aşiq olur. Milyonçu ondan bir daha nə vaxt konsert verməyə gələcəyini soruşur. Müğənni, Bakıda teatr binasının olmadığını və kənarda çıxış etməyə alışmadığını bildirərək, “heç vaxt” deyə cavab verir.

Bu sözlər milyonçuya təsir edir və o, qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək və onu açılışa dəvət edəcək. Mayılov, layihənin hazırlanmasını memar Bayevə həvalə etdi və ondan, Tiflis operasına bənzər, yalnız daha gözəl və təsir edici bir bina tikməsini istəyir.

Gələcək teatr binası üçün Qubernski – Torqovı küçəsində yer alınır və tikinti başlayır. Milyonçu Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək mümkün deyil. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev ödəyəcək.

Beləliklə, cəmi on ay ərzində, 1910-1911-ci illərdə teatr binası hazır olur. Teatrın ilk tamaşası Boris Qodunov operası olub. Şəhərin varlı adamları, məşhur incəsənət nümayəndələri tədbirdə iştirak edirlər. Deyilənlərə görə, açılışa dəvət olunan həmin müğənni, ariyasını bitirəndə, milyonçular onun başına yağış kimi pul yağdırırlar.

1918-ci il oktyabrın 18-də bu binanın rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul edilir və bu vaxtdan Dövlət Opera Teatrının yaranma tarixi başlayır.

1938-ci ildə binada yenidəqurma işləri aparılmışdır. 1985-ci ildə teatr binasında yanğın baş vermişdir. 2009-2010-cu illərdə burada bərpa işləri aparılmışdır.

Mənbələr:


  1. Музыкальная энциклопедия. Т 1. Советская энциклопедия.-1973

  2. http://ats.atstravel.az/%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9-%D0%B3%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%B9-%D0%B0%D0%BA%D0%B0/

  3. http://www.tob.az/#

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər