Bakıda Uşaq Dəmir Yolunun (UDY) tikintisi ideyası 1945-ci ildə yaranıb. 1946-cı ildə AzSSR Nazirlər Sovetinin qərarı ilə tikintinin başlama və bitmə tarixləri müəyyən edilib. Dəmir Yolunun tikintisi üçün Bakının ən böyük parklarından biri - Dzerjinski adına park seçilib. Tikinti işləri 14 mart 1947-ci ildə başlanıb və mayın 1-də başa çatdırılıb.
Birinci xəttin uzunluğu 1,57 km təşkil edirdi və iki stansiyadan ibarət idi: üçyollu “Komsomolskaya” (indiki Dədə Qorqud parkı) və biryollu “Bahar”(indiki Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığı). Hər iki stansiyanın əsas binaları şərq memarlığı üslubunda düzbucaqlı qüllələr formasında inşa edilmişdir. [https://azerhistory.com/?p=10743]
Dəmir Yolunun təntənəli açılışı 10 avqust 1947-ci ildə, dəmiryolçuların peşə günündə baş tutmuşdur. Buraya daimi işləmək üçün 120 nəfər gənc dəmiryolçu cəlb edilmiş və onlara təlim keçilmişdir.
Bakı Uşaq Dəmir Yolu o vaxt Sovet İttifaqında ən yaxşılarından biri hesab edilirdi. Dəmir yolu gənc yaşda peşə əldə etmək imkanı olmaqla yanaşı, həm də nəqliyyat vasitəsi kimi fəaliyət göstərirdi. Xəttin parkın girişindən Respublika stadionuna qədər yerləşməsi səbəbindən dəmir yolu daim azarkeşlər tərəfindən istifadə edilirdi. UDY bakılılar arasında böyük məşhurluq qazanmışdı və uşaqlar üçün attraksion kimi fəaliyyət göstərirdi.
Uşaq Dəmir Yolunun Montin qəsəbəsinə kimi ikinci xətti də planlaşdırıldı. Bu halda xəttin uzunluğu təxminən 4 km təşkil etməli idi. Lakin layihə icra edilmədi. 1980-ci illərin ortalarında Azərbaycan mətbuatında UDY-nin uzadılması ilə bağlı təkliflər yenidən gəldi. Hətta yolun təxmini marşrutu dərc edildi: keçmiş Dzerjinski parkının perimetri boyunca. Lakin çətin relyefi nəzərə aldıqdan sonra bu fikir də icra olunmadı.
1992-ci ildən Uşaq Dəmir Yolları maddi sıxıntılar yaşasa da, gənc dəmiryolçuların hazırlanması davam edirdi. 1995-1996-cı illərdə gənc dəmiryolçu dərnəklərinə uşaqların qəbul olunması dayandırıldı.
2002-ci ildə Azərbaycan Dövlət Dəmir Yollarının rəhbərliyi UDY-nin stansiya binalarının, yolunun, avadanlıqlarının təmiri haqqında qərar verdi.
2009-cu ilin iyununda Bakıda Uşaq Dəmir Yolu tamamilə ləğv edildi. Hazırda Dədə Qorqud parkında Uşaq Dəmir Yolu abidəsi mövcuddur. [http://www.bdzd.narod.ru/history.htm]
[URIS id=68698]