top
Bakıda ilk heykəlli fəvvarə olan Bəhram Gur
18 iyun 2022, 12:50
- +

Bakıda ilk heykəlli fəvvarə olan Bəhram Gur

Bəhram Gurun heykəli Bakı şəhərində, Azneft meydanında, funikulyorun qarşısında yerləşir. Bu heykəlin maketi 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən hazırlanmışdır. Abidə Bakıda ilk heykəlli fəvvarə hesab olunur.

Bu heykəlli fəvvarə Azərbaycanın əməkdar rəssamı Qorxmaz Sücəddinovun ilk peşəkar işlərindən biri olmaqla yanaşı, Azərbaycanda ədəbi qəhrəmana ucaldılmış ilk heykəltaraşlıq abidəsidir.

1959-cu ildə Əliş Ləmbəranski Bakı Xalq Deputatları Sovetinin şəhər icraiyyə komitəsinin sədri təyin edildi və şəhərin abadlaşdırılması işlərinə başladı. O, şəhəri gözəlləşdirmək üçün rəssam və heykəltaraşlardan yeni layihələr və təkliflər gözləyirdi. Bu zaman üç gənc heykəltaraş öz təkliflərini irəli sürdü. Albert Mustafayevin kurs işi olan əsərin - Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram Gurun heykəlinin maketini hazırlayaraq Əliş Ləmbəranskiyə təqdim etdilər. İşi bəyənən Ləmbəranski abidənin yerini - Azneft meydanını müəyyənləşdirdi. [https://azerhistory.com/?p=11717]

Hündürlüyü 3,5 metr olan heykəl tuncdan hazırlandı. Heykəlin ətrafında dairəvi hovuz quraşdırıldı. İlk heykəl-fəvvarənin memarı rus əsilli Vladimir Şulqin oldu. 1960-cı ildə heykəlin açılış mərasimi keçirildi. [Zöhrə Fərəcova. Üçlüyün şah əsəri. Azərbaycan.- 2019.- 21 aprel.- S.5.]

Abidədə Sasanilərin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Onun cəsurluğu və ədalətliliyi haqqında bir çox əfsanələr günümüzə qədər gəlib çatmışdır. XII əsrdə Azərbaycan şairi Nizami Gəncəvi Bəhram Guru öz “Yeddi gözəl”, həmçinin “Bəhramnamə” kimi də məşhur olan poemasının baş qəhrəmanı etmişdir. [Дашков С.Б. Цари царей - Сасаниды. История Ирана III - VII вв. в легендах, исторических хрониках и современных исследованиях. Москва-2008]

Hekayəyə əsasən, gur və şir ovundan sonra Bəhram şah bir gün mağarada əjdahaya rast gəlir. Böyük canlıdan çəkinməyən şah qəhrəmanlıqla döyüşə atılır, əjdahanı məğlub edir və onun mühafizə etdiyi böyük xəzinəni ələ keçirir. Bəhram Gurun öldürdüyü əjdaha simvolik məna daşıyır. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kindir. “Bəhram Gur” heykəlində müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, xeyirin şər üzərində qələbəsini əks etdiriblər. [Zöhrə Fərəcova. Üçlüyün şah əsəri. Azərbaycan.- 2019.- 21 aprel.- S.5.]

Bəhram Gurun heykəli 2007-ci ildə bərpa olunmuşdur.

[URIS id=48994]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər