top
Böyük Vətən müharibəsində Bakının rolu
09 may 2022, 09:02
- +

Böyük Vətən müharibəsində Bakının rolu

22 iyun 1941-ci ildə alman qoşunlarının SSRİ-yə hücumu başlayıb. Müharibə Azərbaycandan uzaq şimal-qərb regionlarında başlasa da, Hitler Bakını neft ehtiyatlarına görə zəbt etməyi əsas məqsədlərdən biri hesab edirdi. Hətta 20 aprel 1942-ci ildə Adolf Hitlerin ad günündə ona üzərində neft buruğu və Bakının adı təsvir olunan tort təqdim olunmuşdu. Hitlerin tapşırığı ilə alman ordusu 1942-ci il sentyabrın 25-də Bakını zəbt etməli idi. [https://azerhistory.com/?p=9328

23 iyul 1942-ci ildə Hitler “Edelveys” adlı strateji əməliyyatın həyata keçirilməsinə dair direktiv imzalayır. Bu plana görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, ərazilərin nefti hesabına nasist ordusu yanacaqla təmin olunmalı idi. Bu məqsədlə o, Xəzər boyunca hücuma keçmək haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. [Balamirzə Məmmədli. İkinci Dünya müharibəsi illərində Bakı nefti Almaniyanın hərbi-strateji planlarında. Bakı-2021]

Lakin 1942-ci ilin avqust ayında faşist ordusu Şimali Qafqazda Terek çayının sahillərinə çıxsa da, güclü müqavimətlə üzləşib irəliləyə bilmədi. Buna baxmayaraq, 24 sentyabr 1942-ci ildə Azərbaycanda hərbi vəziyyət elan edildi. Düşmən 1942-ci ildə 71, 1943-cü ildə isə 3 dəfə Bakı səmasına daxil olmağa cəhd göstərdi, lakin təyyarəçilərin və zenitçilərin sayəsində faşistlərin 96 təyyarəsi məhv edildi. [http://ensiklopediya.gov.az/az/terms/20212/cild/12]  

1941-ci ildə Bakıda müdafiə əhəmiyyətli hidrogen qurğusu, “Katyuşa” reaktiv artilleriya döyüş maşını, “Şpaqin” pulemyotu, YAK-3 qırıcı təyyarəsi, 1942-ci ildə 130 növ silah, silah hissələri, döyüş sursatı istehsal olunurdu. O zamanlar sovet ordusunun yanacağa olan tələbatının 70%-ni Bakı nefti ödəyirdi. Bakının neft müəssisələrində istehsal olunan 22 milyon tondan çox benzin, sürtkü yağları və digər neft məhsulları cəbhəyə göndərildi ki, bu da döyüş təyyarələri üçün istifadə olunan benzinin 85-90%-ni təşkil edirdi. Bakıda 70-dən çox hərbi hospital təşkil olunmuşdu və burada müalicə olunan 441 min nəfər döyüşçüdən 70%-dən çoxu yenidən cəbhəyə qayıtmışdı.

İkinci Dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən, SSRİ neft və qaz sənayesinə başçılıq etmiş N.Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini, bəlkə də, heç bir respublika etməmişdir”. O, hesab edirdi ki, Bakı “Qəhrəman şəhər” adına layiq idi. Lakin o vaxtkı SSRİ rəhbərliyi bu addımı atmadı. [Azər Nuriyev. Bakı – Qəhrəman şəhər. Kaspi. -2010. – 6 may. – S.4.]  

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər