top
Azneft sarayının tarixi
27 yanvar 2024, 19:01
- +

Azneft sarayının tarixi

Azneft sarayı Bakının Azneft meydanında, Niyazi (keçmiş Sadovaya) küçəsi, 1-də yerləşir. Bu bina neft milyonçusu Seyid Mirbabayevə məxsus olub. Saray memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir. [Фатуллаев-Фигаров Ш. Архитектурная энциклопедия. Баку-2013]

Mirbabayevin sarayı 1890-cı illərdə tikilmişdir. Binanın ilk sahibi erməni Aramyan olmuşdur.

O, qumar oynayırdı və yeni tikilmiş binanı oyunda itirmişdi. Aramyanın həyat yoldaşı zinət əşyalarını satmaqla sarayı xilas edə bilmişdi. Buna baxmayaraq, sonradan Aramyan binanı satmalı olmuşdur. O, evinə müştəri tapmaq üçün Tiflisə yola düşmüşdür.

Bu zaman varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayev şəhərdə mülk almaq üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Tağıyev ona dəniz kənarında yerləşən mülkü almağı məsləhət görür. Daha sonra Tağıyev Aramyana tövsiyə məktubu yazaraq Mirbabayevin evi almasına kömək edir. Aramyan binanı satacağı qiymətdən xeyli aşağı təklif edir. O vaxtdan bina yerli əhali arasında “Mirbabayevin evi” kimi tanınır. [Aslan Kənan. Dünyada səsim qaldı. 525-ci qəzet.- 2017.- 8 sentyabr.- S.4.]

Bu bina barədə Tağıyevlə bağlı bir əhvalat da mövcuddur. Deyilənə görə, Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərdə ermənilər mülk tikdirirlər. Hacı da cavab verir: “Qoy tiksinlər, qabağını almaq lazım deyil...Mülk yerdə qalacaq, heç kəs gedəndə bunları apara bilməyəcək. Aramyanı görmədiz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı, xanəndə Seyidə qismət oldu”. 

[Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra sarayda Britaniya konsulluğu yerləşdirilir. Seyid Mirbabayev Azərbaycanda sovet hakimiyyəti qurulanadək bu binada yaşayır. Sonradan bolşeviklər Seyidin bütün mülklərini müsadirə edirlər və bina “Azneft”in sərəncamına verilir.

[https://dzen.ru/a/Yt0NLocIvhTLqD5e?experiment=948519

Azərbaycan müstəqillik əldə etdikdən sonra binada təmir işləri aparılmışdır və burada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerləşdirilmişdir. Hazırda binada müxtəlif ticarət obyektləri də yerləşir.

Azneft sarayı ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər