top
Azərbaycanda nağıl filmlərinin yaradıcısı Əlisəttar Atakişiyev
11 avqust 2022, 17:00
- +

Azərbaycanda nağıl filmlərinin yaradıcısı Əlisəttar Atakişiyev

Əlisəttar Atakişiyev 25 dekabr 1906-cı ildə Bakıda anadan olub. Atakişiyev özü haqqında belə danışırdı: “8 yaşım olanda valideynlərimi itirdim, qardaşımın öhdəsinə düşdüm. O, mənə həm ata, həm də ana oldu”. [https://kulis.az/news/6651]  

1926-cı ildə 20 yaşlı Əlisəttar Moskvaya gedib, orada jurnallarda rəssam kimi çalışıb. Moskvada SSRİ Xalq Komissarları Sovetində tərcüməçi işləyib, eyni zamanda Moskva Ali Rəssamlıq İnstitutuna daxil olub. Lakin sonralar o, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu operatorluq ixtisası üzrə bitirib. 30 yaşlı kinooperatorun təyinatını “Mosfilm”ə verirlər və o, Moskvada qalır. [Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1986]

Buna baxmayaraq, Əlisəttar tez-tez Bakıya gəlib, filmlərdə rejissor assistenti, ikinci operator kimi çalışıb. O, 1945-ci ildə “Arşın mal alan” filminin çəkilişində quruluşçu operator kimi fəaliyyət göstərib. 1950-ci illərdə Tallinə səfər edən Atakişiyev “Axşam düşəndə” filminin operatoru olur. Bu əsər eston kinematoqrafiya tarixində ilk rəngli film olub. [Aydın Kazımzadə. Əbədi ölməzlik zirvəsi. Bakı-2006]

1956-cı ildə “O olmasın, bu olsun” filmi çəkilən zaman rejissor Hüseyn Seyidzadə Əlisəttarı Bakıya dəvət edir və o, Bakıya köçür. Bu film ona şöhrət qazandırır.

Azərbaycanda nağıl filmlərinin yaradıcısı da Əlisəttar Atakişiyev olub. Onların sırasında “Bir qalanın sirri”, “Sehirli xalat”, “Qərib cinlər diyarında” kimi filmləri qeyd etmək olar. Rejissor uşaq filmlərində bir çox yeniliklər yaratmışdır. “Sehirli xalat”dakı Ay səhnəsi SSRİ-nin ən gözəl film səhnələrindən biri hesab olunurdu. Filmdəki planşet, video çəkilişi o zamanlar üçün möcüzə sayılırdı. [https://kulis.az/news/6651]

Əlisəttar Atakişiyev “Bir qalanın sirri” filminin çəkilişindən sonra “rüşvət” ittihamı ilə ikiillik həbs olunur. Qara Qarayev başda olmaqla bir qrup Azərbaycan və rus incəsənət xadimləri SSR Ali Məhkəməsinə müraciət etsələr də, xeyri olmur.

Həbsdən sonra Əlisəttar Atakişiyev yazdığı “İbrahimin sərgüzəştləri”ni ekranlaşdırmaq istəyir. Bakıda və Moskvada ssenarini geri qaytarandan sonra “Tacikistan” kinostudiyasının direktoru Atakişiyevi Tacikistana dəvət edir. O, ssenarini oxuyur və şərt qoyur: ssenaridəki Azərbaycan adları dəyişilməli, Azərbaycan nağılı tacik nağılı olmalıdır. Razı olsaydı, filmin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru Əlisəttar olardı. Atakişiyevin pula ehtiyacı olmağına baxmayaraq, o, bununla razılaşmayıb. [Aydın Kazımzadə. Əbədi ölməzlik zirvəsi. Bakı-2006]

Atakişiyev son illərini Moskvada, qocalar evində keçirib. O, 7 noyabr 1990-cı ildə 84 yaşında vəfat edib və Moskvada dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər