top
Azərbaycanın orta əsrlər tarixşünaslığının əsasını qoymuş alim Əbdülkərim Əlizadə
26 may 2022, 11:17
- +

Azərbaycanın orta əsrlər tarixşünaslığının əsasını qoymuş alim Əbdülkərim Əlizadə

Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakıda, Bilgəh qəsəbəsində anadan olub.

Əlizadə Tehranda ibtidai təhsil alıb, fars və ərəb dillərini öyrənib. O, 1918-ci ildə Bakıya qayıdıb, əvvəl xüsusi orta məktəbdə oxuyub, 1926-cı ildə isə fəhlə fakültəsini bitirib. Əlizadə 1927-1930-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) Şərq İnstitutunda təhsil alıb, 1935-1941-ci illərdə həmin institutda, SSRİ Elmlər Akademiyasının (EA) Şərqşünaslıq İnstitutunda və Leninqrad Dövlət Universitetində çalışıb.

O, 1954-cü ildə tarix elmləri doktoru elmi dərəcəsini almış, bir il sonra isə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. [http://lib.az/persons/22]

Əlizadə 1941-1963-cü illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan EA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışır. O, 1958-1963 illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun ilk direktoru olur. Əlizadə 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan EA Şərqşünaslıq İnstitutunun Mətnşünaslıq və məxəzləri çapa hazırlama şöbəsinə rəhbərlik etmişdir. [Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. Bakı-2005]

Akademik Əlizadə şərqşü­nas İ.P.Petruşevski ilə birlikdə Azərbaycanın orta əsrlər tarixşünaslığının əsasını qoymuşdur. O, Azərbaycanın və Yaxın Şərq ölkələrinin Səlcuqlar və monqollar dövrü tarixinin tədqiqatçısıdır. Alimin 1956-cı ildə rus dilində nəşr olunmuş “XIII–XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi” adlı monoqrafiyası və 60-dan artıq elmi məqaləsi Azərbaycanın və Şərq ölkələrinin orta əsrlər tarixinin öyrənilməsində rol oynamışdır.

1960-cı illərdə akademikin rəhbərliyi ilə A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin elmi-tənqidi mətni hazırlanır və 1970-ci ildə Bakıda nəşr olunur. Bu əsər fars, rus, ingilis, alman dillərində də çap olunur. [Azərbaycan Sovet Ensiklopediyası. IV cild. Bakı-1980]

Əlizadə elmi xidmətlərinə görə SSRİ Dövlət Mükafatına, Əmək­dar elm xadimi fəxri adına Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüş, “Qırmızı Əmək bayrağı”, “Şərəf nişanı” orden və medalları ilə təltif edilmişdir.

Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib və Bilgəhdə dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər