top
Azərbaycanın ilk universiteti olan BDU-nun açılması haqda qanun
01 sentyabr 2022, 11:10
- +

Azərbaycanın ilk universiteti olan BDU-nun açılması haqda qanun

Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin (BDU) açılışı tibb elmləri doktoru, BDU-nun ilk rektoru Vasiliy Razumovskinin adı ilə bağlıdır.

Professor Razumovski Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Universitetinin rektoru idi. Lakin Gürcüstan hökuməti bu müəssisəni gürcü universiteti üçün rəqib sayırdı. Bu səbəbdən onun Tiflisdə fəaliyyət göstərməsi mümkün deyildi. Nəticədə rəhbərlik universitetin Yekaterindorf, İrəvan və ya Bakıda fəaliyyət göstərə bilməsi üçün danışıqlara başlayır. [http://bsu.edu.az/az/content/tarxmz

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Bakı şəhərində universitetin açılmasına əhəmiyyət verirdi. Razumovski xatirələrində bu hadisələri belə təsvir etmişdir: “Komissiya… 3 üzvünü (Dubrovski, İşkov, Tsitoviç) hökumətlə danışıqlar aparmaq, binaya baxış və s. üçün Bakıya ezam etdi… Azərbaycan Hökumətinin (Yusifbəyov başda olmaqla) Bakıda Universitetin olması ilə bağlı ciddi münasibəti bizə aydın oldu. Cəmiyyətin bütün siniflərinin, o cümlədən, fəhlələrin də… əhval-ruhiyyəsi Bakıda təcili şəkildə Universitetin açılmasından yana idi…hətta rus Zaqafqaziya Universiteti ora köçürülməsə belə, Bakıda Universitet olacağı bəlli idi”. [https://azvision.az/news/189318/---bdu-nece-yaradilmisdi--100-il-evvelki-boyuk-hadisenin-teferruatlari-%E2%80%93--tarixi-arasdirma---.html]

Tiflisə qayıdan nü­mayəndə heyəti Universitet Şurası ilə danışıqlar aparır. Lakin məsələnin həlli bəzi professorlar tərəfindən yubadılır. Nəticədə AXC maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski professor Razumovskiyə teleqramla bildirir ki, Bakıda yeni universitet açılır və hökumət ondan universitetin təşkilini öz üzərinə götürməsini, bu məq­sədlə komissiya ya­rat­masını xahiş edir. Razumovski Zaqafqaziya rus universitetinin rektoru vəzifəsindən imtina edir, Bakıya gəlmək barədə razılığını bildirir.

Tədrisi rus dilində olacaq universitetin açılmasının əleyhinə olanlar var idi. Onların fikrincə, bu, dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma təbliğatı aparmaq imkanı verəcəkdi. Mətbuatda universitetin açılmasına mənfi münasibət bildirən yazılar və gənclər qrupunun qəbul etdiyi qətnamələr çap edilməyə başlayır. Hətta belə təkliflər səslənir ki, universitet yaratmaq əvəzinə, müəyyən sayda gənci təhsil almaq üçün Qərbi Avropaya göndərmək daha sərfəlidir. Təbliğatlar “Daşnaksütyun” partiyasından olan erməni millətçiləri, “Slavyan-rus cəmiyyəti”, “İttihad”, “Əhrar” partiyaları, “Müsəlman sosialist bloku” tərəfindən aparılırdı.

Belə vəziyyətdə universitet komissiyasının sədri Razumovski hökumətin və parlamentin nüfuzlu üzvləri, ziyalılarla görüş keçirib, onları əmin edir ki, yeganə məqsədləri gənclərə elm öyrətməkdən ibarət olacaq.

Maneələrin olmasına baxmayaraq, 1 senyabr 1919-cu ildə AXC-nin parlamenti Azərbaycanda ilk universitetin açılması haqda qanun qəbul etdi. [http://bsu.edu.az/az/content/tarxmz]

Razumovskinin xatirələrindən: “Bu, 1 sentyabr günü (dəqiq desək, axşamı) idi və həmin gün Universitet haqqında qanun kütlənin gurultulu alqışlarıyla qəbul edildi. Azərbaycan öz ali təhsil ocağını qazandı. Türk xalqının tarixində yeni, parlaq bir səhifə yazıldı. Avropanın sərhədlərinin o tayında, Asiyada yeni bir çıraq yandı. Biz bu böyük tarixi hadisənin iştirakçıları kimi özümüzü xoşbəxt sayırdıq. Çoxlu təbriklər oldu, hamı bayram əhval-ruhiyyəsində idi. Belə günlər həyat boyu unudulmur! [https://azvision.az/news/195246/---bdu-nece-yaradilmisdi--ilk-rektorunun-xatireleri-%E2%80%93--tarixi-arasdirma---.html]

Mən Bakı Universitetinin böyük gələcəyinə inanıram. Onun ilk xadimləri və tələbələrinin gənc, gümrah enerjisinə inanıram. Mən onun möhkəm təminatlı aydın gələcəyini görürəm…” 

[https://azvision.az/news/196722/---bdu-100--ilk-dersler-nece-kecmisdi-%E2%80%93--razumovskinin-xatireleri---.html

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər