top
Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu Kövkəb Səfərəliyeva
24 yanvar 2023, 19:00
- +

Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu Kövkəb Səfərəliyeva

Kövkəb Kamil qızı Səfərəliyeva 3 yanvar 1907-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu kimi tanınıb.

1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o, fortepiano sinfində musiqi dərsləri alırdı. 1916-cı ildə Səfərəliyeva təhsilini Musiqi Texnikumunda davam etdirir.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir. Musiqi Texnikumundan sonra Səfərəliyeva Dövlət Konservatoriyasının fortepiano şöbəsinə daxil olur və gənc olmasına baxmayaraq, Konservatoriyada ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz burada Üzeyir bəy Hacıbəyovla Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır. [Тарлан Сеидов. Видные деятели фортепианной культуры Азербайджана. Баку-1988]

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səfərəliyeva 1937-1952-ci illərdə Konservatoriyanın nəzdində yaradılmış orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olmuşdur. O, 1952-ci ildə Konservatoriyanın professoru, 1952-1958-ci illərdə fortepiano kafedrasının müdiri olub. [Qadınlar Azərbaycanın musiqi həyatında. Bakı-2004]

Musiqi təhsilinin inkişafında böyük rolu olan Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir. O, "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adlarına və "Şərəf nişanı" ordeninə layiq görülüb.

Kövkəb Səfərəliyeva SSRİ Ali Sovetinin 3-cü çağırışına deputat seçilib. [Azərbaycan Sovet Ensiklopediyası - VIII Cild. Bakı-1984]

Kövkəb Səfərəliyeva 27 iyun 1985-ci ildə Bakıda vəfat edib.

Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır və şəhərdə Kövkəb Səfərəliyeva adına küçə var.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər