top
Azərbaycanın ilk alim-cərrahı Mir Əsədulla Mirqasımov
13 mart 2022, 19:00
- +

Azərbaycanın ilk alim-cərrahı Mir Əsədulla Mirqasımov

Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 17 noyabr 1883-cü ildə Bakıda anadan olub. O, ilk  azərbaycanlı alim-cərrah, Azərbaycanda müasir tibb təhsili və elminin banisi olub.

Mir Əsədullanın atası oğlunun din xadimi olmasını istəyərək onu dini məktəbə göndərmişdir. Lakin Mir Əsədulla gizlicə rus dilini öyrənmiş və rus gimnaziyasına daxil olmuşdur. 1898-ci ildə o, Bakı şəhər gimnaziyasına daxil olur, 1908-ci ildə gimnaziya təhsilini başa vuraraq indiki Odessa Universitetinin tibb fakültəsinə daxil olur. [Azərbaycan Sovet Ensiklopediyası. VI cild, Bakı-1982]

1916-cı ildə Mirqasımov Bakıya qayıdır və burada hərbi lazaretdə (indiki 1 saylı Əzizbəyov adına doğum evi) cərrah işləyir. 1923-cü ildə o, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətə başlayır. 1927-ci ildə Mirqasımov doktorluq dissertasiyasını müdafiə edən ilk azərbaycanlı olur.

Mir Əsədulla 1929-cu ildə indiki BDU-nun tibb fakültəsinin xəstəxana cərrahiyyəsi kafedrasının professoru seçilmişdir. 1931-ci ildə o, kafedra müdiri təyin edilmiş və ömrünün sonuna kimi bu vəzifəni tutmuşdur. Mirqasımov 1933-cü ildə nəşr olunmuş, cərrahlıq sahəsində Azərbaycan dilində yazılmış ilk “Ümumi cərrahiyyənin qısa kursu” adlı dərsliyin müəllifidir.  [М.А.Мир-Гасымов / 1883-1958 : библиография. Баку-1964]

O, 1945-1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk prezidenti olmuşdur, lakin gözlənilmədən bu vəzifədən uzaqlaşdırılmışdır. Buna səbəb Mircəfər Bağırovun ona Kommunist Partiyasına üzv olmaq təklifindən imtina etməsidir. O, filarmoniyada keçirilən iclasda belə cavab vermişdir: “Bu, mümkün deyil, yoldaş Bağırov...Mən bir dəfə and içmişəm, o da Hippokrat andı. Həm də mən Allaha inanıram”.

Bağırov məhkum edildikdən sonra akademik Mirqasımovun hüquqları yenidən bərpa edilib.

[https://sitat.news/bagirov-partiyaya-nifret-eden-akademiki-bu-cur-cezalandirdi-tarix]

1956-cı ildə akademik Mirqasımov Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir.

Mir Əsədulla Mirqasımov 20 iyul 1958-ci ildə Bakıda vəfat edib, I Fəxri Xiya­ban­da dəfn olunub.

[https://science.gov.az/az/forms/byivshie-prezidentyi/167]

Mirqasımov dəfələrlə SSRİ Ali Sovetinin deputatı seçilmişdir, “Lenin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri və bir çox medallarla təltif edilmişdir. Bakının Nəsimi rayonunda alimin adını daşıyan küçə var.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər