top
Azərbaycan memarlıq irsinin ilk tədqiqatçısı memar Sadıq Dadaşov
13 iyul 2023, 15:47
- +

Azərbaycan memarlıq irsinin ilk tədqiqatçısı memar Sadıq Dadaşov

Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olub.

O, 1920-ci ildə məktəbi bitirdikdən sonra indiki Azərbaycan Texniki Universitetinin memarlıq fakültəsinə daxil olub. Sadıq tələbəlik illərində Nizami Gəncəvi muzeyi və Gəncədə qoyulacaq abidəsinə həsr olunmuş müsabiqələrdə iştirak edib. Sadıq 4 il ərzində dostu memar Mikayıl Useynov ilə Şirvanşahlar saray kompleksində “Divanxana”, “Türbə” və qismən “Şah məscidi”nin memarlıq-ölçmə işlərini aparıblar.

[Bakının memarlıq mənzərəsində parlaq imza. Mədəniyyət. 25 dekabr 2019. S.7.] [Nəriman Əliyev. Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakı - 2013. S. 8, 9]

Sadıq Dadaşov 1929-cu ildə universiteti bitirdikdən sonra pedaqoji kollektivin qərarına əsasən, burada assistent kimi saxlanılır. Memar 1929-1933-cü illərdə 23 tikilinin layihəsini vermişdir. Bunların sırasına Azərbaycan Dövlət Neft Akademiyasının yeni binası, Qazaxda Pedaqojı Texnikumun binası, bir sıra yaşayış binaları daxildir. [https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3243]

Azərbaycan memarlıq irsinin ilk tədqiqatçısı memar Sadıq Dadaşovdur. O, Azərbaycanın memarlıq tarixini öyrənmək üçün 1934-1940 və 1944-1946-cı illərdə bir sıra rayonlara elmi səfərə çıxmışdı. Sadıq memarlıq üzrə elmi əsərlərini memar Mikayıl Useynov ilə birgə yaradıb.

Dadaşovun əsas işləri sırasında “Nizami” kinoteatrının, Bakı Musiqi Akademiyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binalarını qeyd etmək olar. O, Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə Bakıda ucaldılmış abidələrinin layihə müəllifidir. [Bakının memarlıq mənzərəsində parlaq imza. Mədəniyyət. 25 dekabr 2019. S.7.] [https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3243]

Sadıq Dadaşov Azər­­baycan SSR Xalq Komissar­la­rı Soveti ya­­nında Me­marlıq İşləri İdarəsinin ilk rəisi ol­ub. O, SSRİ Me­mar­lıq Akademiya­sı­nın müxbir üz­vü, 1945-ci ildə yeni yaradıl­mış Azər­baycan SSR Elmlər Aka­demiyası­nın (in­­di­ki Azərbay­can Milli Elm­lər Akade­miyası) həqiqi üzvü seçil­ib. Memar Azər­­bay­canın Əməkdar incəsənət xadimi fəxri adına, SSRİ Dövlət mü­ka­fatına layiq görülüb, “Lenin” or­de­ni, “Qırmızı Əmək Bay­ra­ğı” ordeni və me­dal­larla təltif edilib. [Bakının memarlıq mənzərəsində parlaq imza. Mədəniyyət. 25 dekabr 2019. S.7.] [https://science.gov.az/az/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3243]

Sadıq Ələkbər oğlu Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər