top
AXC-yə qarşı çıxan və SSRİ hakimiyyəti tərəfindən güllələnən Ruhulla Axundov
05 iyul 2022, 13:00
- +

AXC-yə qarşı çıxan və SSRİ hakimiyyəti tərəfindən güllələnən Ruhulla Axundov

Ruhulla Əli oğlu Axundov 13 yanvar 1897-ci ildə Bakının Şüvəlan kəndində, müəllim ailəsində anadan olub.

O, ilk təhsilini mədrəsədə alıb, Bakı real məktəbini, daha sonra isə ticarət məktəbini bitirib. Axundov ingilis, fransız, fars və s. dilləri bilib. O, əmək fəaliyyətinə 1916-cı ildən “Orucov qardaşları mətbəəsi”ndə başlayıb, korrektor və tərcüməçi işləyib. Axundov siyasi fəaliyyətə 1917-ci il Fevral inqilabından sonra başlayıb, “sol” sosialist-inqilabçılar (eserlər) qrupunun fəal üzvü olub.  [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. I cild. Bakı-2004]

O, 1918-ci ildə “Bakı ətrafı fəhlə, əsgər və matros deputatları şurasının əxbarı” qəzetinin redaktoru idi. Axundov 1919-cu ilin mayında “Hümmət” təşkilatına daxil olmuşdur. Həmin ilin avqustundan nəşrə başlayan “Kommunist” (Azərbaycan dilində) və “Hürriyyət” qəzetlərinin redaktoru olub. 1919-cu ildə Axundov bolşevik partiyasının əsas sənədlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı əks mövqedə dayanmaqla Cümhuriyyətin süqutu üçün gizli fəaliyyət göstərən, eləcə də milli hökumət əleyhinə təbliğata rəhbərlik edənlərdən biri olmuşdur. [Məhərrəm Zülfüqarlı. Ruhulla Əli oğlu Axundov. 525-ci qəzet.- 2009.- 5 may.- S.5.]

Sovet dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kəndlərdə iş üzrə şöbə müdiri, AK(b)P Bakı Komitəsinin katibi, “Bakinski raboçi” və “Kommunist” qəzetlərinin redaktoru kimi çalışıb. O, 1924-1930-cu illərdə AK(b)P MK katibi, Azərbaycan SSR xalq maarifi komissarı, “Azərnəşr”in direktoru olub, 1930-cu ildə isə KP Zaqafqaziya ölkə komitəsinin katibi seçilıb.

Ömrünün son illərində Axundov SSRİ EA-nın Azərbaycan filialında, AK(b)P MK yanında Partiya Tarixi İnstitutunda işləyib, Azərbaycan SSR XKS yanında İncəsənət işləri idarəsinin rəisi olub. O, Marksın, V.Leninin əsərlərinin Azərbaycan dilinə ilk tərcüməçilərindən olub, Azərbaycan dilində siyasi terminologiya yaradılmasında və yeni əlifbaya keçilməsində fəal iştirak edib. Axundov tarix, ədəbiyyat və incəsənətə dair bir sıra əsərlərin müəllifi, ikicildlik “Rusca-türkcə” lüğətin tərtibçilərindən biri və redaktoru olub. [Большая советская энциклопедия. Москва-1969-1986]

Ruhulla Axundov 1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilib, partiya sıralarından uzaqlaşdırılıb. O, həbs olunub və ölüm hökmünə məhkum edilərək 19 apreldə güllələnib. Axundov Moskvada NKVD-nin gizli poliqonu olan “Kommunarka-Loza”da dəfn olunub.

M.Ə.Rəsulzadənin sözlərindən: “Azərbaycanın sovetləşdirildiyi ilk gündən başlayaraq müsavatçılıq və pantürkizmə qarşı amansız mübarizə aparan Ruhulla Axundov “pantürkizmin zəhərli bir nümayəndəsi və Müsavat partiyasının zavallı bir agenti” kimi günahlandırılmışdır”. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. I cild. Bakı-2004]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər