top
Arzusu “Qarabağ şikəstəsi”nin Cıdır düzündə səslənməsi idi: bəstəkar Vasif Adıgözəlov
28 iyul 2022, 12:50
- +

Arzusu “Qarabağ şikəstəsi”nin Cıdır düzündə səslənməsi idi: bəstəkar Vasif Adıgözəlov

Vasif Adıgözəlov 28 iyul 1935-ci ildə Bakıda, muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub.

O, ilk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində pianoçu kimi alıb, 1953-cü ildə isə Konservatoriyaya daxil olub.

Adıgözəlov əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. Bəstəkar 1972-ci ildən konservatoriyada əsas işçi kimi müəllimlik edirdi.

Vasif Adıgözəlov 2 operanın (“Ölülər”, “Natəvan”), 5 musiqili komediyanın, 4 oratoriyanın (dramatik süjeti olan irihəcmli musiqi əsəri), 3 kantatanın (xorla oxunan təntənəli musiqi əsəri), 4 simfoniyanın müəllifidir. O, həmçinin “Kişi sözü”, “Qaraca qız”, “Qəribə əhvalat” kimi filmlər üçün mahnılar bəstələyib. [Təhmirazqızı S.“Yüz il ömür sürəydim...”. Xalq qəzeti.-2006.- 21 sentyabr.- S. 8.]

Vasif Adıgözəlov “Bakı” (ifaçı Şövkət Ələkbərova), “Təkcə səndən xoşum gəlir” (ifaçı Akif İslamzadə), “Mən gəzirəm hər yanı” (ifaçı Qaya ansamblı), “Gözləməsin, neyləsin” (ifaçı Flora Kərimova) mahnılarına musiqi bəstələyib. [Hüseynova S. Əbədi sənət karvanı. Xalq qəzeti.- 2010.- 28 iyul.- S. 4.]

Bəstəkarın oğlu, dirijor Yalçın Adıgözəlov atası haqqında belə deyir: “Atamın yazdığı əsərlərin hamısı səhnəyə qoyuldu, ifa olundu və yazıldı. Masa üstündə bir dənə də əsəri qalmadı. Bu baxımdan atam çox xoşbəxt sənətkardır.” [https://www.youtube.com/watch?v=g8pJjTp8DAo]

Vasif Adıgözəlov “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb, Dövlət Mükafatı laureatı adını alıb və Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. Bəstəkar “Şöhrət ordeni”, “İstiqlal ordeni” ilə təltif olunub.

Əslən qarabağlı olan Vasif Adıgözəlov torpaqların işğalından sonra “Qəm karvanı”, “Şuşam, lay lay” əsərlərini bəstələyib. Onun arzusu “Qarabağ şikəstəsi” oratoriyasının Cıdır düzündə səsləndirilməsi idi. Onun vəsiyyətini isə oğlu yerinə yetirib. 2021-ci ildə Xarı Bülbül festivalında Vasif Adıgözəlovun əsərləri Yalçın Adıgözəlovun rəhbərliyi ilə səslənib.  [https://azvision.az/news/261028/-susada-atamin-vesiyyetini-yerine-yetirdim--yalcin-adigozelov-.html]

Vasif Adıgözəlov 16 sentyabr 2006-cı ildə vəfat edib və Bakının Birinci Fəxri xiyabanında dəfn olunub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər