top
Antik müəlliflər tərəfindən təsvir olunan Pirallahı adası
16 iyul 2022, 13:00
- +

Antik müəlliflər tərəfindən təsvir olunan Pirallahı adası

 Pirallahı adası Xəzər dənizində, Bakıdan şimal-şərq istiqamətdə yerləşir və Abşeron arxipelaqına aiddir. Bu, Azərbaycana məxsus ən böyük adadır.

Adanın ilk adı Allahu Əkbər, sonralar isə Pirallahı (Allahın piri) olmuşdur. Rus səyyahları, Pirallahı sözünü rus dilinə tərcümə edərək, “Bojya svyatınya”, buradan da “Svyatoy” formasında işlədirdilər. Sovet dövründə isə ada inqilabçı F.Sergeyevin partiya ləqəbinin şərəfinə “Artyom” adlandırılmışdır. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007]

Bəzi tədqiqatçılar adanı I əsrin Roma tarixçisi Pomponiy Melanın təsvir etdiyi Talqe adası ilə eyniləşdirirlər. Pomponiy adanı belə təsvir edir: “Talqe adası hər cür torpaq və ağac bəhəri ilə zəngindir, lakin qonşu xalqlar olanlara toxunmağı yolverilməz hesab edirlər: onların inancına görə, bütün bunlar tanrılar üçün hazırlanıb və saxlanılmalıdır”. Yunan filosofu Klavdiy Ptolemey də Xəzərdə yerləşən Talka adlı ada haqqında oxşar məlumat vermişdir. [Алиев К.Г. Античные источники по истории Азербайджана. Баку-1987] [Ямпольский З.И. Древняя Албания (III-I вв. до н.э.). Баку-1962]

XIX əsrin alman səyyahı İ.Lerxe öz əsərində Pirallahının abidələri haqqında məlumat verib. O, burada türbə və müdafiə bürclərini, qədim qəbir daşlarını təsvir edib. Bu abidələr sovet dövründə məhv edilib.

Ada qədimdən neft yataqları ilə məşhur olub. Ehtimal olunur ki, Pirallahı adasında neft hələ 1820-ci illərdən quyu üsulu ilə hasilat edilirdi və burada parafin istehsal olunurdu. Burada 1868-ci ildə ilk quyu qazılmışdır və kerosin zavodu tikilmişdir. Deyilənə görə, 1902-ci ildə Nobel qardaşları adada quyu qazır və burada neft olmadığını bildirir. Pirallahıda torpaq sahələrinə sahib olan digər sənayeçilər dərhal torpaqları satır və Nobellər onları əldə edirlər. Bu zamandan Nobellər adada neft hasilatına başlayırlar.

Sovet dövründə Pirallahının neft yataqları müsadirə edilir. Ümumilikdə Artyom adası və ona bitişik ərazilərdəki yataqlardan 50 milyon tondan çox neft hasil edilib. [https://azerhistory.com/?p=7314]

1941-ci ildə adanı sahilə birləşdirən süni dambanın tikintisinə başlanılıb. Beləliklə, Pirallahı adası yarımadaya çevrilib. 1953-cü ildə isə damba üzəri ilə adaya dəmir yolu çəkilib. [http://www.pirallahi-ih.gov.az/page/10.html]

Müstəqillik dövründə adanın keçmiş adı özünə qaytarılmışdır. 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmiryol xətti sökülmüşdür. Pirallahı körpüsünün açılışı 11 may 2017-ci ildə baş tutmuşdur.

1960-cı ilin məlumatına əsasən, adada əhalinin sayı 12.6 min nəfər olub. 2021-ci ildə Pirallahının əhalisi 17.3 min nəfər təşkil edirdi.

[Баку за 40 лет в цифрах. Баку-1960]

[https://www.stat.gov.az/]

[URIS id=52771]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər