top
Şair Sergey Yesenin Bakıda
02 may 2023, 13:11
- +

Şair Sergey Yesenin Bakıda

Sergey Yesenin ilk dəfə Bakıya 20 sentyabr 1924-cü ildə gəlir. Burada olduğu müddət o, Mərdəkanda vaxtilə milyonçu Murtuza Muxtarovun mülkü olan bağ evində qalırdı (1975-ci ildə burada Yeseninin muzeyi fəaliyyətə başlamışdır).

Deyilənə görə, şair o vaxtlar İrana getmək, Şərq şairləri olan Xəyyamın, Firdovsinin vətənini gəzmək arzusunda idi. Yeseninin yaradıcılığını sevən Kirov İran səfərinin təhlükəli olduğunu düşünərək, Yeseninin oraya getməsini istəmirdi. Bu səbəbdən bolşevik Kirov şairin yaxın dostu, jurnalist Çaginə tapşırır ki, Bakıda Yesenin üçün İran illüziyası yaratsın. [С.А.Есенин в воспоминаниях современников: в двух томах. Т-2. Москва-1986]

Şair Qılman İlkin belə yazırdı: “...Şərq klassik şeirinə vurğun olan Yesenin İrana getmək istəyəndə Sergey Kirov onu aldadıb paroma oturdur və Xəzərə çıxardıb Zirə, Hövsan, Zığ sahilləri ilə yenidən Mərdəkana gətirir ki, guya bura İrandır. Şair buna əvvəl inanır. Aldadıldığını sonradan başa düşəndə isə o qədər də incimir. Çünki bura da onun ürəyincə idi”. [İsaxanlı İ. Sergey Yesenin. Bakı-2010]

Yesenin növbəti dəfə Bakıya 30 mart 1925-ci ildə gəlir və 2 ay burada qalır. 25 may 1925-ci ildə şairin Bakını tərk etdiyi gün “Bakinski raboçi” qəzetində onun “Əlvida, Bakı” şeiri dərc edilir:

Əlvida, ey Bakı, vəfalı şəhər!

Səni mən bir də görmədim, bəlkə!

Qəlbim eşqinlə çırpınar, döyünər,

Ey mənə mehriban olan ölkə!

Əlvida, ey Bakı, günəşli şəhər!

Ey şüalandıran fikirlərimi!

Mənə ilham verən səmavi Xəzər –

Məni tərk eyləməz məzara kimi!

Rəfiq Zəkanın tərcüməsi (1964)

Lakin Yesenin Bakıdan ayrı qala bilmir, iyul ayında nişanlısı ilə yenidən buraya gəlir və sentyabra qədər şəhərdə qalır. Burada o, məşhur “İran nəğmələri” silsiləsini bitirir. Bu, Yeseninin Bakı ilə son görüşü idi. 3 aydan sonra şair Leninqradda (Sankt-Peterburq) özünü asaraq intihar etmişdir.

1924-1925-ci illərdə - Yesenin Bakıda olduğu dövrdə, Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmişdir. [Məmmədli N. Əlvida, Bakı! Daha çətin bir də görüşək...Mədəniyyət.- 2020.- 22 may.- S.7.]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər