top
600 yaşı olan abidə: Səngəçal karvansarayı
22 aprel 2023, 18:30
- +

600 yaşı olan abidə: Səngəçal karvansarayı

Səngəçal karvansarayı Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yerləşir. Abidə orta əsrlərə aid edilir.

Binanın şimal divarında yerləşən kitabədə ərəb dilində bu sözlər həkk olunub: “Böyük Sultan Xəlilullah, Allah onun hakimiyyətini uzatsın, bu binanı (imarəti) inşa etməyi əmr etdi, səkkiz yüz qırx üçüncü il (1439-1440).

Karvansaray Bakı-Salyan qədim karvan yolunda tikilmişdir. 1970-ci illərdə Viktor Kvaçidzenin rəhbərlik etdiyi tədqiqatlar nəticəsində binanın yaxınlığında yerləşən buxtada, orta əsrlərə aid bir neçə daş lövbər aşkar edilmişdir. Bu, karvansarayın yalnız quru yol ilə gedən karvanları deyil, dəniz yolu ilə gələn tacirləri və dənizçiləri də qəbul etdiyini göstərmişdir.  [https://1news.az/news/20200603031327756-Nuzhen-li-Azerbaidzhanu-karavan-sarai-epokhi-Zhanny-d-Ark-FOTO

Tikili mişar daşından düzbucaqlı formada inşa edilib və ikimərtəbəlidir. Binanın qalın divarları və quruluşu onu çöl tərəfdən istehkama bənzədir. Binanın hovuzu olan üstüaçıq həyəti var. Həyət təcrid olunmuş otaqlarla əhatə olunub. Otaqların bir hissəsi tacirlər üçün nəzərdə tutulubmuş, digərlərində isə heyvanlar və mallar saxlanılıb. Girişdən sağda və solda ikinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlər hörülüb. [Бретаницкий Л.С. Зодчество Азербайджана XIII – XV вв. и его место в архитектуре Переднего Востока. Москва-1966] [Фатуллаев-Фигаров Ш. С. Зодчество Апшерона. Баку-2013]

Fasadın mərkəzi hissəsində - tağlı girişin üstündə üç kiçik otaq olub. Ehtimal edilir ki, “balaxanə” adlanan bu otaqlar karvansaraya gələn nüfuzlu insanlar üçün nəzərdə tutulub. Bina yaxınlıqda yerləşən çay və iki ovdan vasitəsilə su ilə təmin olunub. XIX əsrin birinci yarısında burada olmuş rus şərqşünası İlya Berezin Səngəçal karvansarayını “təmiz suyu olan yeganə yer” kimi qeyd edir. [Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Казань-1849] 

XIX əsrdə karvan yolları əhəmiyyətini itirəndən sonra karvansaray fəaliyyətini dayandırmışdır.  [Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı-1984] 

Yerli əhalinin sözlərinə görə, 1990-cı illərdə karvansaray restoran kimi fəaliyyət göstərib. Bu zaman binanın ilkin görünüşü dəyişdirilib. Restoran fəaliyyətini dayandırdıqdan sonra bina baxımsız vəziyyətə düşüb. [https://1news.az/news/20200603031327756-Nuzhen-li-Azerbaidzhanu-karavan-sarai-epokhi-Zhanny-d-Ark-FOTO

Səngəçal karvansarayı ölkə əhəmiyyətli abidə hesab edilir.

[URIS id=98156]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər