top
31 yaşında konservatoriyanın rektoru olan bəstəkar Qara Qarayev
05 fevral 2023, 13:00
- +

31 yaşında konservatoriyanın rektoru olan bəstəkar Qara Qarayev

Qara Qarayev 5 fevral 1918-ci ildə Bakının Fatmayı qəsəbəsində anadan olub.

Hələ kiçik yaşlarından o, musiqi dinləmə dərslərinə qatılıb, burada pianinoçu Vladimir Kozlovdan dərs alır. Kozlov 1960-cı ildə vəfat edəndən sonra Qarayev birinci müəlliminin xatirəsinə skripka ilə fortepiano üçün sonatalar həsr edir. 1930-cu ildə Bakı Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur. 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olur.

Gənc bəstəkar 1937-ci ildə Azərbaycanın bölgələrinə gedən ekspedisiyaya rəhbərlik etmişdir. Bu ekspedisiya saz, tar, kamança və digər xalq musiqi alətlərində ifaçıların yaradıcılığını tədqiq edirdi. Ekspedisiya zamanı Qarayev bir çox xalq mahnıları və rəqs melodiyalarını, o cümlədən, “Şur” dəstgahının bütün bölmələrini kağız üzərinə köçürmüşdür.

1938-ci ildə bəstəkar ilk böyük əsərini - xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını bəstələmişdir. 1943-cü ildə isə birinci simfoniyasını yazmışdır. [Карагичева Л. Кара Караев. Москва-1968]

1946-cı ildə Qarayev P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini bitirir və orada qalıb təhsilini davam etdirmək istəyir. Lakin müəllimi Dmitri Şostakoviç ona deyir: “Bəsdir oxudunuz, indi artıq özünüz dərs deməlisiniz”. Qarayev müəlliminin məsləhətinə qulaq asıb, Bakıya qayıdır və Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim vəzifəsinə qəbul edilir. 1949-cu ildə isə 31 yaşında konservatoriyanın rektoru olur.

Qarayev 1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı yollarla” baletindən ikinci süitanın ifası ilə bağlı Los-Ancelesdə (ABŞ) I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.
Qarayev “Ordenli Azərbaycan” (1938), “Bir ailə” (1943), “Don Kixot” (1957), “Leyli və Məcnun” (1961), “Nizami” (1982), “Yeddi gözəl” (1982) və başqa filmlər üçün musiqi bəstələmişdir.
Bəstəkar “Azərbaycan SSR-nin Xalq artisti” fəxri adına layiq görülmüşdür, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı” ordenləri ilə təltif olunmuşdur.

Qara Qarayev 13 may 1982-ci ildə Moskva şəhərində vəfat edib və Bakıda I Fəxri xiyabanda dəfn olunub. [Qara Qarayev. Biblioqrafiya. Bakı-2018]

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər