top
20 yanvar faciəsi zamanı Bakını müdafiə edən dənizçilər
20 yanvar 2022, 09:30
- +

20 yanvar faciəsi zamanı Bakını müdafiə edən dənizçilər

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ-nin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilmişdir. Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri olmuşdur.

Faciə günü, sovet hərbi gəmilərinə Bakı buxtasına yol verməmək üçün, Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı 100-dən çox gəmisi buxtaya gedən yolu kəsmişdir. “Sabit Orucov” gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratmışdırlar. Bu Şuraya həmin gəmilərin kapitanları Murad Əliyev, Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev, İbrahim Salayev, Kişi Mütəllimov, Ağalar İbrahimov rəhbərlik edirdilər.

Şura bir neçə maddədən ibarət tələbnamə hazırlamışdır. Mixail Qorbaçova ünvanlanan tələbnamədə deyilirdi: “1990-cı il 20 yanvar gecəsi Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin razılığı olmadan, sovet ordusunun rəhbərliyi Azərbaycana zorla ordu yeridib. Bu zaman minlərlə dinc insanın qanı tökülüb. Nahaq qan tökülməsinin qarşısını almaq üçün gəmi heyətləri tələb edirlər:


  1. Ordu Bakıdan 1990-cı il yanvarın 21-də saat 00:00-dək çıxarılsın.

  2. Bu gün etiraz əlaməti kimi Bakı buxtasındakı gəmilərdən biri yandırılacaq.

  3. Sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacaq.

  4. Hərbi gəmilər hərəkətə gətirilərsə, bizə həyatımız bahasına başa gəlsə belə, onların hərəkətinin qarşısını alacağıq.”


Bundan başqa, dünyaya Bakıda törədilən qanlı hadisə ilə bağlı məlumatları çatdırmaq üçün dənizçilər həyəcan siqnalı olan “SOS” yaymağa başladılar. Bir saatdan sonra dənizçilərin ünvanına Qara dənizdən, Baltik dənizindən ilk radioqramlar daxil oldu. 50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib faciədən xəbər tutdular və öz ölkələrinə çatdırdılar. Bu, dünya dənizçilərinin həmrəy olduğu ilk hadisə kimi tarixə düşüb.

SSRİ Hərbi Dəniz Donanmasının komandanı, admiral V.Sidirovun və digər yüksək vəzifəli rəhbərlərin buxtanın dərhal boşaldılması tələblərinə baxmayaraq dənizçilər yerlərindən tərpənmədilər. Bu səbəbdən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmiləri müxtəlif silahlardan atəşə tutdular. “Neftqaz-3”, “Neftqaz-10”, “Neftqaz-16”, “Аktаu”, “Vodoley-4”, “ÜİLKGİ-nin 40 illiyi” və s. gəmilər xəsarət aldı. Təkcə “Vodoley-4” gəmisində minə yaxın güllə, raket izləri aşkar edilmişdir.

Hadisədən sonra “ekstremist” damğası ilə həbs edilən 50-yə yaxın dənizçi ittifaqın müxtəlif şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. Dənizçilər bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıtdılar.

Mənbələr:


  1. https://www.youtube.com/watch?v=IFro4RpNuHs

  2. Rasif Tahırov. Xəzərdə gəmilərin 20 Yanvar etiraz aksiyası. Xalq qəzeti 2020.-19 yanvar.- s.6

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər