top
113 yaşlı Bakı bulvarının tarixi
07 mart 2022, 14:40
- +

113 yaşlı Bakı bulvarının tarixi

Bakı bulvarının tarixi 1865-1868-ci illərdə memar Qasım bəy Hacıbababəyov tərəfindən salınmış sahil küçəsi ilə başlayır. 1865-ci ildə dəniz tərəfdən Bakı qalasının divarı sökülür. Qalanın daşlarından sahilin səkisi döşənir. Qafqaz təqvimində bu haqda belə yazılmışdır: “Sahil şəhəri dənizdən ayıran və havanın sərbəst hərəkətinə mane olan faydasız şəhər divarlarını əvəz etdi”. Bu sahil küçəsi Rusiya imperatoru II Aleksandrın adını daşıyırdı. [Кавказский календарь 1874 года]

1867-ci ildə bu ərazidə su kəməri çəkilmiş və burada Bakının ilk fəvvarəsi inşa edilmişdir.

7 aprel 1909-cu ildə mühəndis Məhəmməd Həsən Hacınski Bakı Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələni qaldırır. Milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə tikinti işləri iki ilə başa çatır. İlk bulvar indiki Kukla teatrından “Azneft” meydanına qədər idi. 1910-cu ildə burada “Fenomen” adlı Bakının ilk kinoteatrı (indiki Kukla teatrı) tikilir. Bulvarda Qız qalası ilə üzbəüz çimərlik də yerləşirdi.

1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci hissəsi tikilir. Bulvarın ərazisi Kukla teatrından indiki Bülbül prospektinə qədər uzanır. Növbəti inkişaf mərhələsi 1936-1938-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə – “Azneft” meydanından köhnə “İnturist” (indiki İntourist) mehmanxanasına kimi olan ərazidə işlər aparılır. [Рудольф Гиль. Приветъ изъ Баку (Архивные документы сквозь столетия). Баку-2014]

1936-cı ildə bulvarda paraşüt qülləsi tikilib. Lakin 1960-cı ildə burada insan ölümü baş verir və tikili saat qülləsi kimi fəaliyyət göstərməyə başlayır. 1961-ci ildə isə Bakı meri Əliş Ləmbəranski bulvarda “Mirvari” restoranını inşa etdirir. Bakı Venesiyası da merin göstərişi ilə həmin vaxt salınmışdır.

Bulvar 1998-ci ildə “Milli park” statusunu almışdır. 2012-ci ildə bulvar Dövlət Bayrağı Meydanına qədər uzadılmışdır. 2015-ci ildə bulvarın iki istiqamətdə genişləndirilməsi işləri başa çatmışdır. Birinci hissə Dövlət Bayrağı Meydanından Bibiheybət istiqamətində genişləndirilmişdir, digər hissə isə Dəniz Ticarəti Limanından “Bulvar” mehmanxanasına kimi uzadılmışdır. Hazırda Bulvarın uzunluğu 16 kilometr təşkil edir. [http://bulvar.gov.az/about/history]

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər