top
1000-ə qədər faşist məhv edən Mehdi Hüseynzadə
22 dekabr 2022, 12:00
- +

1000-ə qədər faşist məhv edən Mehdi Hüseynzadə

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakıda, Novxanı qəsəbəsində anadan olub. Kiçik yaşlarında atasını itirən Mehdi əvvəl anasının, sonra bibisinin himayəsində böyüyüb.

1925-ci ildə 77 saylı məktəbə (hazırda 19 saylı məktəb) daxil olub. İlk müəllimləri yazıçı Süleyman Sani Axundov və bəstəkar Səid Rüstəmov idi. Gənc yaşlarından rəsmə, musiqiyə həvəs göstərən Mehdi məktəbi bitirdikdən sonra təhsilini Bakı rəssamlıq texnikumunda davam etdirir. O, axşamlar idarələrdən, kitabxanalardan, nəşriyyatlardan aldığı sifarişləri yerinə yetirər, plakatlar çəkər, şüarlar yazardı.

[Гусейнов А.А. Герои Советского Союза. Баку-2017]

1937-ci ildə Mehdi Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olur. Dördüncü kursda oxuyanda o, təhsilini Bakıda davam etdirmək üçün Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna keçirilir.

1941-ci ildə alman faşistlərinin Sovet İttifaqına hücumu başlayanda Mehdi könüllü olaraq cəbhəyə yazılır. 1942-ci ildə qvardiya leytenantı Mehdi Hüseynzadə Stalinqrad cəbhəsinə göndərilir, Kalaç rayonunda vuruşur. Həmin döyüşlərdə ağır yaralanır və əsir alınır. 1943-cü ildə Mehdi düşmənlərdən qaçaraq İtalyan-Yuqoslav 9-cu partizan korpusuna qoşulur. Burada o, kəşfiyyatçı kimi fəaliyyət göstərir və “Mixaylo” ləqəbi ilə tanınır. Mehdi Hüseynzadənin kəşfiyyat fəaliyyəti nəticəsində əksəriyyəti zabit olmaqla 1000-ə qədər faşist öldürülüb. Mixaylonun tutulması və ölümü üçün alman komandanlığı 400 min marka məbləğində mükafat vəd etmişdi.

[Nəzirli Ş.Ə. Əfsanəvi Mixaylo. Bakı-2013]

[https://mod.gov.az/az/pre/23446.html]

Hüseynzadənin başçılığı ilə partizanların İtaliyanın Udine şəhərindəki həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən, 147 sovet əsgər və zabiti azad edilmişdir.

2(16) noyabr 1944-cü ildə, əməliyyatdan sonra geri qayıdan Mixaylo düşmənlə üz-üzə gəlir, qeyri-bərabər döyüşdə həlak olur. Kəşfiyyatçının partizan dostları onu indiki Sloveniya ərazisində yerləşən Çepovani kəndində dəfn edirlər.

1957-ci ildə Mehdi Hüseynzadəyə “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.

[Azərbaycan Sovet Ensiklopediyası X Cild. Bakı-1987]

“Uzaq sahillərdə”, “9-cu korpus”, “Təxəllüsü Mixaylo” filmləri Hüseynzadənin həyatından bəhs edir. Xalq şairi Süleyman Rüstəm “Eloğluma” şeirini onun xatirəsinə həsr edib. Nizami metro stansiyasının yaxınlığında, vaxtilə yaşadığı evin divarına qəhrəmanın xatirə lövhəsi vurulub.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər