İki il əvvəl Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında Bəyanat imzalanıb.
Bəyanata əsasən:
- Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir. Atəşkəsə nəzarət etmək məqsədi ilə sülhməramlı mərkəz yaradılır.
- Ermənistan 20 noyabr 2020-ci il tarixinədək Ağdam, 15-dək (sonradan 25-dək) Kəlbəcər, dekabrın 1-dək Laçın rayonlarını Azərbaycan Respublikasına qaytarır.
- Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən və Şuşa şəhərindən keçməyən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). Azərbaycan Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verir.
- Məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.
- Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsi aparılır.
- Bölgədəki iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir.
Azərbaycan Bəyanatın müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir
. Lakin Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini təqdim etməyib. Hətta bəzi revanşist qüvvələr ordumuza qarşı hərbi təxribatlar törətməyə cəhd edirlər. Lakin Azərbaycan Silahlı Qüvvələri törədilən təxribatlara qarşı layiqli cavab verir. Bu ilin sentyabr ayında aparılan “Fərrux” və “Qisas” əməliyyatları bunun sübutudur.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpaetmə işləri, bölgənin minalardan təmizlənməsi davam etdirilir.